Rəcəb Tayyib Ərdoğan Srebrenitsa qətliamının 22-ci ildönümünü yad etdi

Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Srebrenitsa qətliamı kimi insanlıqdan kənar hadisələrin bir daha təkrarlanmaması üçün qətliama görə məsuliyyət daşıyan hər kəsin layiq olduğu cəzanı almalıdı olduğunu bildirdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Srebrenitsa qətliamının 22-ci ildönümünü  böyük bir hüzn və kədərlə yad etdiyini bildirdi. Dövlət başçısı bu növ insanlıqdan kənar hadisələrin bir daha təkrarlanmaması üçün qətliama görə məsuliyyət daşıyan hər kəsin layiq olduğu cəzanı almalıdı olduğunu bildirdi.

Ərdoğan:”Bu münasibətlə, son dövr bəşər tarixinin ən utancverici hadisələrindən biri olan bu qətliamda həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına və bütün Bosniya xalqına səbr diləyirəm”dedi.

Türkiyə prezidenti: “Srebrenitsa soyqırımında qadın-kişi, gənc-yaşlı demədən 8 min 372 günahsız insanı qətlə yetirənlərlə yanaşı, onalara sığınan vətəndaşları ən əsas insanlıq dəyərlərini ayaqlar altına ataraq əli qanlı qatillərə təslim edən qorxaqlar da hesab verməlidirlər. Eyni küçə, şəhəri və ölkəni bölüşən insanları bir-birinə düşmən edən irqçi, islamofobik və etnik nifrəti qızışdıran ideyaların genişlənməsinin qarşısı alınmalıdır. Srebrenitsada baş verən soyqırımı unutdurmağa, və ya inkar etməyə yönəlmiş cəhdlərə də heç vaxt yol vrilməməlidir. Bosniya və Herseqovina xalqının keçmişdə şahidi olduqları bu ağrı-acıya, ədalətsizliyə, qanunsuzluğa baxmayaraq, qonşuları ilə sülh və əmin-amanlıq şəraitində  yaşamaq üçün göstərdiyi fədakar səylər həqiqətən təqdirəlayiqdir. Bosniya və Herseqovinanın etnik və mədəni zənginliyinin mühafizəsinin sülhə kölgə salmağa çalışanlara verilən ən yaxşı cavab olduğunu düşünürük. Beynəlxalq cəmiyyəti Bosniya Herseqovinanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini konkret addımlarla dəstəkləməyə, eyni zamanda, ölkənin Avropa və Avroatlantik qurumları ilə inteqrasiya səylərinin reallaşdmasını təmin etməyə dəvət edirik”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir