Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan dünya liderlərinin xanımlarına səsləndi
Bizimsesimiz.info // Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Mynmardakı Arakan müsəlmanların yaşadığı faciəyə diqqətləri bir daha yönəltmək üçün dünya liderlərinin xanımlarına məktub göndərdi.
Əminə Ərdoğan məktubunda Banqladeş səfəri zaman keçirdiyi hiss-həyəcan, duyğu və düşüncələrini anladıb, Türkiyənin səylərini qeyd edib, Arakan müsəlmanlarının başına gətirilən faciənin, baş verənlərin İnsan Hüquqları Beynəlxalq Bəyannaməsində də yazıldığı kimi açıq hüquq pozuntusu olduğunu vurğulayıb.
Ə.Ərdoğan dünya liderlərinin xanımlarına bir ana, bir qadın və bir insan kimi səslənib: “Heç bir etnik və dini ayrı-seçkilik olmayan, hər kəsin birlikdə rahat yaşaya biləcəyi bir dünya qurmaq məcburiyyətində olduğumuzu düşünürəm. Beynəlxalq cəmiyyət təcili hərəkətə keçməlidir”.