Bizimsesimiz.info // Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 4-də İrana səfər edəcək.

SalamNews “Milliyet”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ərdoğan özü bildirib.

Ərdoğan deyib ki, Türkiyə ilə İran arasında çox yaxşı münasibətlər mövcuddur:”Tehranda keçiriləcək Türkiyə-İran Strateji Şura toplantısında iştirak edəcəyəm. Məndən əvvəl Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İrana gedəcək, hazırlıq görüşləri keçirəcək. Bu, bir növ cavab ziyarəti olacaq. Mən isə ayın 4-də yola düşəcəyəm. Görüşlərdə iki ölkə arasındakı əlaqələr,  bölgədəki vəziyyət müzakirə ediləcək”.

Ərdoğan bildirib ki, İran prezidenti Həsən Ruhani ilə Qazaxıstanın paytaxtı Astanada həm təkbətək, həm də heyətlərarası görüşlər keçirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here