Rəis özünü 9-cu mərtəbədən yerə ataraq İNTİHAR ETDİ – NEFT DAŞLARINDA

Neft Daşlarında intihar hadisəsi qeydə alınıb.

Bizimsesimiz.info ARDNŞ-in saytına istinadən məlumat verir ki, səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya İdarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb və nəticədə dünyasını dəyişib.

Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma aparılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.