Leyla Şıxlinskayanın klinikası ilə bağlı məhkəmədə ginekoloqlar ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya”nın klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva , Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində hazırda Gömrük Xidmətinin hospitalında işləyən Xalidə Məmmədova ifadə verib.O ildirirb ki, “Leyla Şıxlinskaya” klinikasında mama-genekoloq işləyib. Onun sözlərinə görə, hamilə qadınlar klinikada qeydiyyata düşərək, müayinə olunur, doğuşdan öncə kassaya pul köçürüblər. Həkim qeyd edib ki, doğuş əməliyyatları edib, amma nə qədər maaş aldığını xatırlamır. Həkimin sözlərinə görə, qazanc xəstənin sayından asılı olub və klinika alınan pulun 50 faizini həkimə verib. Pulu hər ayın sonunda kassadan Nadya xanımdan götürdüyünü deyən X.Məmmədova aylıq azancının 7-12 min manat olduğunu deyib.

Təqsirləndirilən Polad Əliyev isə bildirib ki, X.Məmmədovanın rəsmi maaşı 230 manat olub, reallıqda isə aylıq 25-30 min min manat alıb. Qeyd edək ki, P.Əliyev klinikada baş mühasibin müavini olub.

Həkim-ginekoloq Samirə Nağıyeva da şahid ifadəsində bildirib ki, 3 ildir sözügedən klinikada işləmir. O qeyd edib ki, xəstələri müayinə edib, əməliyyatlara girib, onların köçürdükləri pullara əsasən isə maaş alıb: “Maaşı ayda iki dəfə kassadan maaş alırdıq. Sonradan bizə demişdilər ki, guya adımıza maaş kartı açılacağlını desələr də, edilmədi” – deyən həkim bildirib ki, onun mühasibatləq və qeydiyyat şöbəsi ilə əlaqəsi olmayıb.
Proses fevralın 23-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. İstintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
“Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl klinikanın sahibi Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 700 min manatdan çox vəsaiti ələ keçirməkdə ittiham edib.

Şəhla Abbasova istintaqa ifadəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi “qara kassa”da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb.
Leyla Şıxlinskaya isə mətbuata açıqlamasında bu cinayət işinin onunla əlaqəsinin olmadığını bildirmişdi. “Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər – baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və digərləri bütün haqq-hesabları özləri aparıblar. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

Leyla Şıxlınskaya əlavə edib ki, klinikanı yaradarkən çoxlu maliyyə vəsaiti sərf edib və mühasibatlığın, oraya rəhbərlik edən şəxslərin törətdiyi əməldən sonra buranı yenidən formalaşdırmaq, təmir edib yeni avadanlıqlar almaq qərarına gəlib: “Həmin şəxslər qanun qarşısında cavab verəcək. Vaxtı ilə bura gələndə qəbul otağında oturan insanlar sonradan mənim mərhəmətimdən istifadə edib vəzifə tutdular və belə bir çirkin əməl törətdilər”.
Qeyd edək ki, “Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayınması ilə bağlı hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılması barədə mediada məlumatlar dərc edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here