Bizimsesimiz.info // Rəsmi Ankara Rusiyadan S-400 zenit-raket kompleksləri almaq niyyəti ilə əlaqədar izahat verməlidir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bəyan edib.

“Türkiyə bizim NATO üzrə tərəfdaşımızdır. Bu səbəbdən silahların uyğunlaşdırılması məsələsi olduqca mühümdür. Türkiyə qərarını bizə izah etməlidir”, deyə C.Devis bildirib.

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, ABŞ-ın bu məsələ ilə bağlı narahatlığını anlamadığını dilə gətirib: “Onlar nədən narahatdır? Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görmək hüququna malikdir. Heç bir narahatlığa ehtiyac yoxdur.  Zenit-raket kompleksləri ilə bağlı danışıqlar, demək olar ki, yekunlaşıb”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here