Bizimsesimiz.info  // İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi ölkəsi ilə Türkiyə əlaqələrinin əvvəlki illərə nisbətən daha yaxşı səviyyəyə gəldiyini deyib.

İranın Tesnim Xəbər Agentliyinə verdiyi müsahibədə Türkiyə və region dövlətlərilə münasibətlərə yer verən B.Kasımi bildirib: “Region ölkələrindən Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, Pakistan, Əfqanıstanla münasibətlərdə mühüm irəliləyişlər var. Xüsusən, Türkiyə ilə də yaxın dialoq içindəyik. Bu ölkə ilə əlaqələrimiz əvvəlki illərə görə daha yaxşı bir səviyyəyə gəlib. Ötən illərdəki yanlış anlaşmalar azalıb. Hazırda Türkiyə ilə çox yaxın əlaqələrə malikik”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Suriya və İraqda baş verən hadisələrlə əlaqədar DAEŞ-in zərərsizləşdirilməsinin əmiyyətinə toxunub. Eyni zamanda, Bəhram Kasımi İranın Körfəz ölkələrindən Oman, Küveyt və Qətərlə münasibətlərinin yaxşı, regionda yalnız Səudiyyə Ərəbistanı ilə problem yaşadıqlarını sözlərinə əlavə edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here