Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbəyə “budilnik” hədiyyə edib.

BAKU.WS-in məlumatına görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin tələbələrini müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

Belə ki, rektor 2 tələbəni – Famil Babayev və Abusupyan Adıyevə xüsusi mükafat verəcəyini deyərək onlara zəngli saat hədiyyə edib. Məsələ burasındadır ki, həmin tələbələr BANM-ın dərslərə ən gecikən tələbələridir.

Rektor bu zəngli saatlarla tələbələrin bir də heç vaxt dərslərə gecikməyəcəyinə inandığını bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here