Respublikaçılar Demokratlara qalib gəldi

Ötən gün ABŞ Senatına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.

Bizimsesimiz.info BBC-yə istinadən xəbər verir ki, Senat uğrunda prezident Donald Trampın Respublikaçılar Partiyası Demokratlara qalib gələrək üstünlük əldə ediblər. 435 yerlik Təmsilçilər Məclisində isə Demokratlar üstünlük qazana biliblər. Bu, Demokratların Təmsilçilər Məclisində son 8 ildə ilk qələbəsidir. Belə ki, Demokratlar 229, Respublikaçılar isə 206 yerə sahib çıxıblar. Senat uğrunda mübarizədə isə Respublikaçılar Demokratlarla yer üstünlüyünü artıra biliblər.

Təmsilçilər Məclisində ilk dəfə müsəlman qadınlar Rəşidə Tlaib və İlhan Omar üzv seçilə bilib.
Donald Tramp seçki nəticəsini “Möhtəşəm uğurdur. Hamınıza təşəkkür edirəm” cümlələri ilə şərh edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir