Reyhan Camalova təhsil alacağı məşhur universiteti AÇIQLADI

Azərbaycanın gənc ixtiraçısı dünyada kifayət qədər tanınan “Rainergy” startapının təsisçilərindən olan Reyhan Camalova təhsil alacağı universiteti açıqlayıb.

Bu barədə  o, özü məlumat verib. Onun sözlərinə görə, ABŞ-da təhsil üçün cavab aldığı Pensilvaniya Universitetinin təklifini müsbət qiymətləndirib.

R.Camalova deyir ki, universitetdə Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi təhsil alacaq:

“Böyük ehtimalla dərslərə onlayn qaydada qoşulacağım. Tədris prosesləri sentyabr ayından başlayacaq”.

Xatırladaq ki, R.Camalova təhsil üçün ABŞ-ın dünyaca məşhur universitetlərində qeydiyyatdan keçib və yeddi universitetdən müsbət cavab almışdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir