Bizimsesimiz.info // “Time” jurnalı tərəfindən ilin adamı elan olunan Roma Papası Fransiskin açıqlamaları maraqla qarşılanıb. O, bildirib ki, cənnət və cəhənnəm yoxdur, Adəm və Həvva söhbəti isə yalandır. Roma Papasını bu fikirləri ona olan marağı birə beş artırıb.

Maraqlıdır, o, kimdir, islahatçı din xadimi, yoxsa dinlərin qəbul etdiyi əsas qaydaları inkar edən kafir?

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov məsələ ilə bağlı Moderator.az -a açıqlama verib:

“Roma papası da bir insandır və onun özünə məxsus fikirləri ola bilər. Məncə Roma papası bütün dinləri və onların yaranma səbəblərini bizdən daha yaxşı bilir. Ola bilsin ki, qeyri-səmavi dinlərlə səmavi dinləri eyniləşdirib bir fikir söyləyir. Həmçinin hər bir insan dünən düşündüyünü bu gün düşünməyə bilər. İslam alimlərindən də elələri olub ki, illər əvvəl düşündüyü fikrin tam əksini düşünməyə başlayıb. İnsanlar yaşlandıqca onlarda müəyyən qədər fikir dəyişiklikləri müşahidə olunur ki, bu da normal haldır. Ancaq insanlar Allah haqqında, Cənnət Cəhənnəm haqqında müxtəlif zənn və şübhələrə düşə bilərlər. İnsanın düşüncəsini formalaşdıran onun yaşadığı mühit, olduğu durum, dini və dünyəvi həyatında əldə etdiyi təcrübələrdir. Bəzən adam çox kasıb olur, Allaha ehtiyacı olur, müəyyən qədər Allaha yaxınlaşıb dünyəvi cəhətdən zənginlik əldə etdikdən sonra Allah haqqında yanlış düşüncələrə düşür. Bu barədə Quran ayələrində də bildirilir. Bəzən isə insan çox zəngin olur, bu dünyada çox böyük imkanlara sahib olur, ancaq bütün bu nemətlərin ona Allah tərəfindən verildiyini dərk edir, bunu təsdiq edir və həyatını Allaha aid edərək bütün ibadətlərini, yaxşılıqlarını yerinə yetirir, axirət gününə inanır. Allah təala bunu bir bağ sahibinin dili ilə Qurani Kərimdə Qələm surəsində belə ifadə edir: “Ayələrimiz ona oxunduğu zaman o: “(Bunlar) qədimlərin əfsanələridir!” – dedi. Biz (tezliklə) onun burnuna damğa basacağıq! Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər. Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər) . Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi. Və o (yanıb) qapqara qaraldı (külə döndü). Onlar səhər qalxıb bir-birini belə səslədilər: Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!” Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər: “(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!” Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. [Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər](Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: “Yəqin ki, (yolumuzu) azmışıq! Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!” Onların ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!” Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər. Onlar bir-birini danlamağa başladılar. Və dedilər: “Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik. Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!” (Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər! Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir! Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?! (Ey kafirlər! Siz dünyada yoxsul möminlərdən var-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz? Yoxsa (Allahdan nazil olmuş) bir kitabınız vardır ki, (bunları) orada oxuyursunuz?! Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?! Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?! (Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir? Yoxsa onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər! İş çətinləşəcəyi (baldırlar açılacağı,lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) dəvət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar. Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə dəvət olunurdular. (Ya Peyğəmbər!) Artıq bu kəlamı (Quranı) yalan sayanları Mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik. Onlara (daha çox günaha batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir” (Qurani Kərim, Qələm surəsi 15-45). Biz əslində yalnız Qurandan bir surədən bəzi ayələri qeyd etdik. Allah təala Özünü, yaratdıqlarını, Cənnəti, Cəhənnəmi inkar edənləri Quran ayələri ilə qorxutmuş və onları cəzalandıracağını bildirmişdir. Ancaq bu gün islam dünüyasında da bəzi cərəyanlar yaranıb ki, onlar Allahın Peyğəmbərinin sözlərini inkar edir, imanın əsasları olan həqiqətləri, qədərə imanı, qəbir həyatını, qəbir əzabının mövcud olması ilə bağlı həqiqətləri inkar edirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here