Roma Papasına “Lamborghini” hədiyyə olunub

Bizimsesimiz.info  // İtaliyanın “Lamborghini” avtomobil istehsalçısı Roma Papasına “Lamborghini Huracan” hədiyyə edib.

SalamNews  “Ria Novosti”yə istinadən xəbər verir ki, pontifik avtomobilin hərracda satışa çıxarılmasına əmr verib. Avtomobilin satışından əldə olunan gəlirin bir hissəsi xeyriyyə qurumlarına, bir hissəsi isə təmirə ehtiyacı olan kilsələrə veriləcək.

Qeyd edək ki, “Lamborghini Huracan” 2014-cü ilin mart ayında Cenevrə avtosalonunda sərgiyə çıxarılıb. İdman üslublu avtomobilin qiyməti 200 min dollar təşkil edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir