Bizimsesimiz.info  // Romada PKK təəssübkeşləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İtaliyaya səfərinə etiraz olaraq aksiya keçiriblər.

Teleqraf.com xəbər verir ki, etirazçılar Vatikanda Müqəddəs Mələk Qalasının (Castel Sant Angelo) önünə toplaşaraq Türkiyə və onun prezidentinin əleyhinə şüarlar səsləndiriblər.

Bir qrup etirazçı Vatikandakı Petrus (St. Peter) meydanına daxil olmaq istəyib. Bu zaman polislə qarşıdurma yaranıb. İnsident nəticəsində bir neçə etirazçı bədən xəsarətləri alıb. Saxlanılanlar var.

Qeyd edək ki, Ərdoğanın Vatikana səfərilə bağlı olaraq mərkəzi küçə və meydanlarda ( Petrus Meydanı, Xalq Meydanı, Kolizey və Kirko Massimo meydanları) hər cür aksiyaya qadağa qoyulub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here