Ronaldoya qeyri-adi transfer təklifi: Samovar çayı…
Bizimsesimiz.info // Rusiya Premyer Liqa komandalarından “Arsenal Tula” “Real Madrid”in dünyaca məşhur futbolçusu Kriştiano Ronaldoya maraqlı transfer təklifi edib.
Axar.az xəbər verir ki, bu barədə təklifi “Arsenal Tula” komandası rəsmi Tvitter hesabında yazıb.
“Tula” klubu Kriştiano Ronaldoya müraciətlə “səni “Arsenal Tula”da görmək istəyirik. Transfer üçün pulumuz yoxdur, lakin çox gözəl samovar çayımız, şirin kekslər və Filimonovskiye oyuncaqlarımız var!”, – deyə tvit paylaşıb.