Rövşən erməniyə görə oyundan kənarlaşdırıldı – Məşhur oyunda qalmaqal

“Nə? Harada? Nə zaman?” intellektual oyununda azərbaycanlı və erməni oyunçunun iştirakı ilə qalmaqal baş verib.

“Qafqazinfo” xəbər verir ki, qalmaqala səbəb sualın cavabının müzakirəsi zamanı Rövşən Əsgərovun arxasında dayanan Kim Qalaçyanın cavabı pıçıldaması olub. Bu, aparıcı Boris Kuryukun gözündən qaçmayıb. Erməni oyunçu zaldan qovulub, lakin Əsgərovun komandasının da cavabı qəbul edilməyib və qələbə məsləhətləşmələrdən sonra avtomatik olaraq rəqib komandaya verilib.

Qərardan bərk hiddətlənən Rövşən Əsgərov isə cavabı nə özünün, nə də komanda üzvlərinin eşitmədiyini bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.