Rusiya əhalisi rubla inanmır

Bizimsesimiz.info  // Rusiya əhalisi milli valyuta – rublun məzənnəsinin yüksək olduğunu düşünür.

“Report” “Gazeta.ru” saytına istinadən xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi tərəfindən keçirilən sorğu əsasında əldə edilib.

Sorğuda iştirak edən respondentlərin 61%-i hesab edir ki, yaxın 3 ayda Rusiyada dolların məzənnəsi 63 rubla yüksələcək. Respondentlərin 49%-nə görə isə 1 ildən sonra məzənnə 64 RUB/USD-yə yüksələcək.

Mərkəzin aparıcı ekspert-məsləhətçisi Oleq Çernozubun fikrincə, Rusiya əhalisi dolların hazırkı məzənnəsinin aşağı olduğunu hesab edir və onun artmasını gözləyir.

Qeyd edək ki, son günlərdə neftin qyimətinin 64 dollar/bareli ötməsinə baxmayaraq, məzənnə artaraq 59 RUB/USD səviyyəsini ötüb. Analitiklər ilin sonuna qədər bu trendin davam edəcəyini və dolların 60 rubl həddini ötəcəyini proqnozlaşdırırlar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.