Rusiya dəniz dövləti statusundan məhrum olacaq.

Bizimsesimiz.info publika.az-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi çıxış edib.

Kəşfiyyat-analitik mərkəzi qeyd edir ki, Rusiya suüstü donanmanın maliyyələşdirilməsini və hərbi gəmilərin miqdarını ixtisar edir.

“Rusiya əsas diqqətini Baltikyanı və Qafqaz ölkələrinə (Xəzər donanması nəzərdə tutulur – red.), həmçinin, Ukrayna və Arktikaya yönəldəcək. xüsusilə, Arktikada “Şimal” birləşmiş strateji komandanlığı 2020-ci ilə qədər hərbi dairə statusunu alacaq. Kreml qərb cinahında NATO-nu əsas təhlükə olaraq qəbul etməyə davam edəcək, odur ki, yerüstü və havada nüvə silahlanmasını gücləndirəcək”, – deyə “Stratfor” proqnozlaşdırıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here