Rusiya 30 amerikalı diplomatı ölkədən çıxarmaq istəyir

Bizimsesimiz.info // Rəsmi Moskva 30 amerikalı diplomatı ölkədən çıxarmaq və ABŞ-ın Rusiyadakı bir neçə obyektinə həbs qoymaq niyyətindədir.

Bu barədə “İzvestiya” qəzeti Rusiya XİN-dəki mənbəyə istinadən yazır.

Nəşr qeyd edir ki, belə bir addıma ABŞ-ın ölkədəki Rusiya səfirliyinə məxsus mülkiyyətə 2016-cı ilin dekabr ayında qoyulan həbsi götürməməsi səbəb olub.

Bu məsələ Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın görüşündə də həllini tapmayıb.// oxu.az

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir