Rusiya ABŞ-ın Suriyada qalmaq planlarına qarşıdır

Bizimsesimiz.info // Rusiyanın İŞİD məhv edildikdən sonra ABŞ-ın Suriyada qalmasına qarşı olduğu bildirilib.

Bu barədə Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin sədri Viktor Bondarev açıqlama verib.

Bondarev açıqlamasında, “Rusiya Suriyadan çıxdıqdan sonra ABŞ-ın heç bir hava müharibəsində qalib gəlmədən yalnız Suriya deyil, Türkiyə, İraq və İordaniya hava məkanında da üstünlüyü ələ keçirəcəyini hər kəs çox yaxşı anlayır.

Səudiyyə Ərəbistanı ilə Ərəbistan yarımadasının sahilləri da buna daxildir”, – sözlərini dilə gətirib.

Rusiyanın buna qarşı olduğunu vurğulayan Bondarev Suriyaya daxil olan və nə qədər müddətlə qalacağını elan etməyən ABŞ-ın buradakı hərbi varlığını istədiyi an artıra biləcəyi səbəbilə ABŞ-ın hava üstünlüyünü ələ keçirməsini istəmədiklərini vurğulayıb.

Şura sədri bundan başqa, Rusiya qüvvələri Suriyadan çıxdıqdan sonra ABŞ-ın müxtəlik bəhanələrlə Suriya ordusuna zərbə endirə biləcəyini də sözlərinə əlavə edib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.