Rusiya, Azərbaycan və İran prezidentləri Tehranda görüşəcəklər

Bizimsesimiz.info // Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında Tehranda görüş bu ilin sonuna kimi keçiriləcək.

SalamNews  RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Rusiya prezidenti Vladimir Putin 2017-ci ilin sonuna kimi İrana səfər edəcək. Hazırda səfərə hazırlıq işləri görülür.  O, Rusiya-İran-Azərbaycan formatında keçirilən üçtərəfli görüşdə iştirak edəcək”, – deyə o bildirib.