Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi vəfat etdi
Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Korobov vəfat edib.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, 62 yaşlı idarə rəisi uzun müddət davam edən xəstəlikdən sonra ölüb.
Korobov 1973-cü ildə Silahlı Qüvvələrdə, 1985-ci ildə isə Baş Kəşfiyyat İdarəsində işləməyə başlayıb. O, 2016-cı ilin yanvar ayında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edilmişdi.