Rusiya bir sıra Asiya ölkələri ilə S-400 sistemlərinin alışına dair danışıqlar aparır
Bizimsesimiz.info // Rəsmi Moskva bəzi Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri ilə S-400 zenit-raket sistemlərinin alışına dair danışıqlar aparır. SalamNews-un “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu açıqlayıb.
O bildirib ki, artıq bir neçə Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkəsi S-400 zenit-raket sistemlərinin alışı ilə maraqlanıb. Hazırda müvafiq danışıqlar aparılır”, deyə o bildirib.