Bizimsesimiz.info // Rusiya Suriyada kimyəvi silahdan istifadəni araşdıran BMT missiyasının müddətinin uzadılmasını tələb edən qanun layihəsinə veto qoydu.

BMT TŞ-nın başçısı və Fransa səfiri François Delattre Amerika Birləşmiş Ştatları tərəfindən hazırlanan layihənin səsverməsindən sonra layihənin lehinə 11,əleyhinə 2 səs verildiyini, 2 ölkənin isə bitərəf qaldığını bildirdi.

Rusiya ilə yanaşı, müvəqqəti üzv olan Boliviya da layihənin əleyhinə səs verdi. Çin və Qazaxıstan bitərəf qaldılar.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya aprelin 4-də İdlibin Xan Şeyxun bölgəsindəki hücumda kimyəvi silahdan istifadə edildiyi iddialarına dair BMT missiyasının  təqdim edəcəyi hesabatı görmək istədiklərini bildirdi.

Nebenzya: “Oktyabrın 26-da hesabat yayıldıqdan sonra missiyanın müddətinin uzadılmasını yenidən müzakirə etməyə hazırıq” dedi.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında qanun layihəsinin qəbul edilməsi üçün 15 üzvdən ən azı 9-u lehinə səs verməli, daimi üzvlər olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa  veto hüququndan istifadə etməməlidirlər.

Moskva aprel ayında Xan Şeyxunda baş verən və 80 nəfərin həlak olmasına səbəb olan kimyəvi hücum başda olmaqla, Suriyadakı kimyəvi hücumlara dair geniş tədqiqatlar aparılması barədə çağırışını təkrarladı.

ABŞ və müttəfiqləri Xan Şeyxunda baş verən kimyəvi hücuma görə Dəməşqin məsuliyyət daşıdığını bildirirlər.

Suriya hökuməti isə 2014-cü ildən etibarən  kimyəvi silahı olmadığını iddia edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here