Bizimsesimiz.info // Rusiya hərbçiləri Dnestryanıdan çıxmalıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldovanın hakim Demokratik Partiyasının sədri və ölkənin boz kardinalı Vladimir Plaxotnyuk söyləyib. Onun sözlərinə görə, hazırda Dnestryanıda Rusiyanın rəhbərliyi ilə aparılan sülhməramlı əməliyyat dayandırılmalıdır:

“Dnestryanı ilə bağlı danışıqlar artıq 25 ildir ki, müxtəlif formatlarda davam edir. Hələlik heç bir həll variantı tapılmayıb. Bütün bu illər ərzində Kişinyov yalnız sülhün saxlanılmasına sevinirdi, amma 2008-ci il Gürcüstan və 2014-cü il Ukrayna hadisələri göstərdi ki, regional konfliktlər istənilən an partlaya bilər”.

Qeyd edək ki, rus ordusu 1992-ci ildən Dnestryanıdadır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here