Rusiya ilə Səudiyyə Ərəbistanı hərbi sistemlər barədə razılaşdı

Bizimsesimiz.info // Səudiyyə Ərəbistanının Rusiyadan irəli texnologiyaya malik hərbi sistemləri satın almaq və ölkədə istehsal etmək üçün əməkdaşlıq müqaviləsi imzaladığı bildirilib.

Bu barədə rəsmi xəbər agentliyi SPA Səudiyyə Ərəbistanı Hərbi Sənaye şirkətinin məlumatına əsasən xəbər verib.

Yayımlanan xəbərdə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin Rusiyanın müdafiə sənayesi sahəsində aparıcı firması “Rosoboronexport” ilə irəli səviyyəli müdafiə sənayesi məhsullarının və silah sistemlərinin satın alınması, birgə mühafizə edilməsi və öyrədilməsi məsələsində əməkdaşlıq sazişləri imzaladığı bildirilib.

Xəbərdə əməkdaşlıq sazişinə əsasən, TOS-1A Raket proyektorları, Kornet-EM Raket proyektorları, AK-103 hücum avtomatı, S-400 Hava Müdafiə Sistemlərinin satın alınacağı qeyd edilib.

“Rosoboronexport” ilə razılaşmaqla Rusiya tərəfinin texnologiya transferi və sənayelərinin yerliləşdirilərək, davamlı olması məsələsində işlər aparılacağı, bu işlərin Səudiyyə Ərəbistanının müdafiə sənaye məhsulları istehsalı və inkişafı mövzusunda əhəmiyyətli bir addımın əsasını təşkil edəcəyi vurğulanıb. //eastnews.org