Rusiya ilə Səudiyyə Ərəbistanı hərbi-texniki sahədə əməkdaşlıq edəcək
Bizimsesimiz.info // Rusiya ilə Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlığa dair razılaşma imzalanıb.
“Rosoboronexport” və Səudiyyə Ərəbistanının hərbi sənaye şirkəti arasında imzalanan anlaşma Səudiyyə Ərəbistanında hərbi təyinatlı məhsulların istehsalını nəzərdə tutur.
SalamNews “İnterfax”a istinadən xəbər verir ki, imzalanan sənədlər arasında “Kalaşnikov A-103” silahının və müxtəlif növ güllələrinin Səudiyyə Ərəbistanında istehsalı üçün lisenziyanın verilməsini nəzərdə tutan müqavilə də var.