Rusiya İraqın ərazi bütövlüyünü dəstəkləyir
Bizimsesimiz.info // Rəsmi Moskva İraq Kürdüstanında keçirilən müstəqillik referendumu ilə bağlı yaranmış mübahisəli məsələlərin Ərbil ilə Bağdad arasında müzakirə yolu ilə həll edilməsinə çağırır.
SalamNewsun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici işlər nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda həmçinin qeyd edilir ki, Rusiya İraqın ərazi bütövlüyünü dəstəkləyir.