Bizimsesimiz.info  // Rusiya Müdafiə Nazirliyi şənbə günü Suriyanın İdlib bölgəsində vurulan Su-25 tipli rus qırıcısının hissələrinin tapılması üçün Türkiyədən yardım istədi.

Rusiya Müdafiə Nazirliyindən məsələ ilə bağlı verilən açıqlamada: :”İdlibin hava məkanında fevralın 3-də portativ zenit raketi ilə terrorçular tərəfindən vurulan Su-25 təyyarəsinin bütün hissələrinin tapılması ilə bağlı yardım etməsi üçün Türkiyə tərəfinə müraciət edildi”deyilir.

Açıqlamaya görə, Rusinanın hərbi ekspertləri terrorçuların təyyarə vurmaq üçün istifadə etdiyi portativ zenit raketinin tipinin, istehsal yerinin və Suriyaya hansı yollarla  gəltirildiyinin müəyyənləşdirilməsi üçün təyyarənin mühərriklərinin hissələrinin tapılmasında xüsusi maraqlıdırlar.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran tərəfindən İdlibdə yaradılmasına qərar verilən deeskalasiya zonasının təhlükəsizliyinin təmin olunmasını Türkiyə üzərinə götürmüşdü.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here