Rusiya prezidenti olmaq istəyən Sobçak: Krım Ukraynanındır

Rusiyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyən teleaparıcı Kseniya Sobçak rəsmi Moskvanın Krımla bağlı addımlarını qeyri-qanuni hesab edir.

Oxu.Az-ın məlumatına görə, bu barədə oktyabrın 24-də aparıcı özünün mətbuat konfransı zamanı bildirib.

“Beynəlxalq hüquq nöqteyi-nəzərindən Krım Ukraynanındır. Biz verdiyimiz vədin üstündə durmadıq, 1994-cü ildə imzalanmış Budapeşt memorandumunu pozduq. Biz söz verdik və onun üstündə durmadıq ”, – deyə Sobçak bildirib.

O bildirib ki, bu məsələ ilə bağı növbəti danışıqlar aparılmalı, kompromis yol axtarılmalıdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir