Rusiya, Qərb, Amerika tərəfindən pozulmuş ədalətin bərpası, doğruçu siyasətçilərin qətiyyəti sayəsində mümkündür.

Azərbaycana,o cümlədən bütün Türk dövlətlərinə təzyiq məsələsində Qərb,Rusiya,Amerika həmişə bir yerdədirlər.Azərbaycana qarşı konkret sahələrdə Qərbin ayrı,Amerikanın ayrı,Rusiyanın ayrı iştirak etməsi,törətdikləri təxribat və cinayət işlərindəki izlərinin fərqli görsənməsi,hələ onların Azərbaycana qarşı münasibətlərinin fərqli olması demək deyil.Azərbaycanda “politoloq” işləyənlər,”siyasətçi”lər, ” Rusiya Azərbaycana təzyiq etməyə başlayıb” və yaxud, “Qərb,Amerika Azərbaycana təzyiqləri artırıb” kimi aldadıcı və həqiqətdən yayındırıcı ifadələri ilə, həm Rusiyanın, həm də, Qərbin, Amerikanın maraqlarına xidmət etmiş olurlar və onlar,bu kimi yönəldici çıxışların təlimatını da, Rusiyadan və Qərbdən alırlar. Rusiya, Amerika-Qərb, 1993-cü ildən birlikdə Azərbaycanı işğal edib öz istədikləri hakimiyyətlərini-bəkçilərini bura təyin ediblərsə, hər hansı əlavə bir təzyiqin və yaxud təpkinin olmasını söyləmək absurddur.(Düzdür, öz əlaltılarını bəzi hallarda cəzalandırma halları baş verə bilər)Belə halların olmasını siyasi müstəviyə gətirmək,bu imperialistlərin Azərbaycandakı bəkçilərinin əsl mahiyyətini gizlədib,xalqı, gerçək azadlıq yolundan,imperialistlərin əsarətindən xilasolma hədəfindən yayındırmağa xidmət edir.
Eyni zamanda, Qarabağ məsələsində, “Rusiya problemin həllində, ədalətli mövqe tutarsa” və yaxud,” Qərb,Amerika problemin ədalətli həllinə dəstək olarsa”kimi aldadıcı ifadələr,xalqımızı aldatmaqdır,aşağılamaqdır,riyakarlıqdır.Azərbaycanda, milli iradənin,normal demokratik cəmiyyətin,xalq hakimiyyətinin,hüquqi dövlətin yaranmasına əngəl olan bu imperialist güclər, nədən özlərinin Azərbaycanda formalaşdırdıqları “hakimiyyətə” təzyiq etməlidirlər ?! Və yaxud,Azərbaycanda ədaləti pozub,özlərinin yaratdıqları Qarabağ probleminə niyə ədalətli yanaşmalıdırlar, niyə problemin həllinə dəstək verməlidirlər ?!
Rusiyanın, Qərbin,Amürikanın əl oyuncağı olan “politoloq”lara,toy tamadalarından siyasi təfəkkürü ilə heç də fərqlənməyən sadəlövh “siyasətçi”lərə və ölkəmizi işğal etmiş riyakar siyasətə son verməyimizin zamanı keçir.

Azərbaycanda, o cümlədən bütün Türk dövlətlərində, Rusiya, Qərb, Amerika tərəfindən pozulmuş ədalətin bərpasının da, yaradılmış problemlərin də həlli, milli iradənin gücü,vətəndaş cəmiyyətinin fəallığı,demokratik hakimiyyətlərin ciddi siyasi fəaliyyəti, doğruçu siyasətçilərin qətiyyəti sayəsində öz yerini tapacaq !!

Allah köməyimiz olsun !

Aydın Şükür

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir