Rusiya qitələrarası ballistik raket sınaq edib

Bizimsesimiz.info // Rusiya Müdafiə Nazirliyi Rusiya RS-24 Yars tipli qitələrarası balistik raket sınaq edib. Məlumatı Rusiya müdafiə nazirliyi yayıb.

Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, “Plesetsk” dövlət sınaq kosmodromundan buraxılan RS-24 “Yars” ballistik raketin sınağı uğurla nəticələnib.

Qeyd edək ki, RS-24 raketi Moskva inistutu tərəfindən РС-12М2 “Topol-M” strateji təyinatlı ballistik raketin bazası əsasında hazırlanıb.