Rusiyanın Voronej şəhərində iri gövdəli “İl-96-400M” təyyarəsi hazırlanır.
Bizimsesimiz.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın Hərbi Sənaye Kompleksindən məlumat verilib. “Qiyamət günü təyyarəsi” adı verilən iri təyyarənin hazırlanma səbəbi ehtimal olunan nüvə müharibəsidir. Belə ki, əgər nüvə müharibəsi baş verərsə, həmin təyyarədə qurulan komandanlıq və idarəetmə sistemilə yerdə və dənizin altında olan atıcı qurğular raket və digər sursatlarla təmin olunacaq.
Rusiyanın Hərbi Hava Qüvvələri üçün iki belə təyyarənin hazırlanacağı bildirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here