Rusiya qoşunları daha 50 il Suriyada qalacaq

Rusiya Dövlət Duması Hava Kosmik Qüvvələrinin Suriyada yerləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib.

Bizimsesimiz.info APA-ya istinadla verdiyi məlumata görə, sənəd bu ilin yanvarında Dəməşqdə Rusiya ilə Suriya arasında imzalanıb.

Müqavilədə Rusiya Hava Kosmik Qüvvələri qruplaşmalarının yerləşdirilməsinin əsas vəziyyəti, funksiyaları qeyd olunub.

Sənədə əsasən, Suriyadakı maddi-texniki təminat məntəqəsinin və digər obyektlərin xarici mühafizəsi Suriya tərəfindən həyata keçiriləcək.

Daxili mühafizə, hava hücumundan müdafiə və dislokasiya yerlərində əmin-amanlığın qorunması rusiyalı hərbçilər tərəfindən təmin olunacaq.

Qeyd edək ki, müqavilənin müddəti 49 ildir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir