Rusiya səfirinin ölümü ilə əlaqədər Türkiyədə sabiq polis işçisi saxlanıldı

Bizimsesimiz.info // Türkiyə polisinin keçmiş əməkdaşı Ramzan Yücel Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümündə əli olduğu ittihamı ilə saxlanılıb.

Qeyd edilir ki, şübhəli şəxs Fətullah Gülən qruplaşması ilə əlaqədə olduğu üçün polis orqanından bir müddət öncə kənarlaşdırılıb.

Prokurorluq Ramazan Yüceli Rusiya səfirinin qətlində əlbir olmaqda ittiham edib. Məhkəmə öz növbəsində Yücel barəsində həbs qərarı çıxarıb.

Xatırladaq ki, 2016-cı ilin dekabrın 19-da Rusiyanın Ankaradakı səfiri Andrey Karlov polis əməkdaşı Mövlud Altıntaş tərəfindən fotosərgidə qətlə yetirilib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir