Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların yerləşdirilməsinin 17 dekabrda yeni xəritəsini dərc edib. Əvvəlki xəritə 15 dekabr tarixində yayımlanmışdı.  Bu barədə “Report” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi ayrılıb. Əvvəlki xəritələrdə belə bir şey mövcud deyildi.

Yenilənmiş xəritəyə əsasən, Azərbaycan Ordusu Xocavənd şəhərinə daha da yaxınlaşıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here