Rusiya Suriyaya S-300 göndərəcək

Rusiya yaxın iki həftə ərzində Bəşər Əsəd rejiminə S-300 zenit-raket kompleksi göndərəcək.

Oxu.Az xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, bu tədbir Suriyada Rusiyaya məxsus İl-20 təyyarəsinin qəzaya uğraması ilə bağlıdır.

Şoyqu əlavə edib ki, S-300 kompleksi 250 kilometr məsafədə hava hədəfini yaxalaya və eyni zamanda bir neçə obyekti məhv edə bilər.

O bildirib ki, zenit-raket kompleksləri Əsəd rejimi ordusunun döyüş qabiliyyətini artırmağa imkan verəcək.

“Bu gün vəziyyət dəyişib, ancaq bu, bizim günahımızdan baş verməyib”, – Şoyqu qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Əsəd rejiminə S-300 raket kompleksinin verilməsi üçüncü ölkəyə qarşı yönəlməyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir