Bizimsesimiz.info // Dilavər Əzimli: “Bizim təzminat haqqında düşünməyə kifayət qədər əsasımız var”

Son günlər Polşa rəsmiləri həm Almaniya, həm də Rusiyaya yönəlik təzminat iddiaları səsləndirməkdədir. Almaniyanı II Dünya müharibəsinə, Rusiyanı isə Polşada həyata keçridiyi cinayətlərə görə ittiham edən rəsmi Varşava, bütün bunlara görə qarşı tərəfin böyük miqdarda təzminat ödəməli olduğunu bildirib.

Maraqlıdır, əsrlər uzunu Rusiyanın əsarəti altında qalan Azərbaycan da Kremlə qarşı belə bir iddia ilə çıxış edə bilərmi?

“Rusiya XVIII əsrin sonlarından başlayaraq Mərkəzi Asiyanın türk dövlətlərinə, Azərbaycana, o cümlədən Qafqaza qarşı genosid siyasəti aparmışdır. Bu siyasət SSRİ dövründə də davam etdirilmişdir. Azərbaycan türkləri, o cümlədən Qafqaz müsəlmanları zorla öz vətənlərindən deportasiya olunmuş və soyqırıma məruz qalmışlar. İkinci Dünya müharibəsindən sonra özlərinin tarixi əraziləri olan İrəvan və ətrafından deportasiya olunan Azərbaycan türkləri min cür əziyyətlərə qatlaşmışlar. Qafqazda ən ağır duruma məhz biz, Azərbaycan türkləri məruz qalmışıq. Vaxtilə, Rusiya tarixi Azərbaycan torpaqlarına tarixi Ərmən adını mənimsəmiş oğru bir xalq olan “erməniləri” köçürmüş və bizim tarixi torpaqlarımızda yerləşdirmidir. Rusiya 1905-ci il, 1918-ci il azərbaycanlılara qarşı baş verən soyqırımın birbaşa təşkilatçısıdır. SSRİ dönəmlərində Azərbaycana qarşı ədalətsiz münasibət göstərilmiş və Azərbaycanın təbii sərvətləri vəhşicəsinə istismar olunmuşdur. İkinci Dünya müharibəsini Bakı nefti hesabına udan SSRİ Bakı şəhərinə nəinki qəhrəman şəhər adını verməmiş, əksinə Azərbaycandan istismar etdiyi sərvətlər hesabına digər respublikalara, o cümlədən Ermənistana dotasiyalar vermişdir.

1990-cı il “20 yanvar” qırğınına görə SSRİ rəhbəliyi beynəlxalq məhkəməyə verilməliydi. Bu gün həmin qırğının iştirakçıları Rusiya dövlətində hələ də yüksək vəzifədə otururlar. Rusiya 1992-ci ildə Xocalıda baş verən soyqırıma görə də məsuliyyət daşıyır. Çünki erməni daşnaklar məhz Rusiyanın 366-cı alayının hesabına bu vəhşilikləri törətmişdir. Rusiya tarix boyu Azərbycanda bu cür vəhşiliklərə yol vermişdir. 1801-ci ildən 1828-ci ilə qədər Azərbaycan torpaqlarını işğal edən Rusiya minlərlə insanlarımızı süngüdən keçirmişdir. Bu bizə imkan verir ki, təzminat barədə düşünək. Təbii ki, bu təzminat həddən artıq çox ola bilər. Bu gün iqtisadi böhran içində çabalayan Rusiya bunu edə bilmirsə də, ən azından üzr istəməlidir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here