Rusiya Türkiyəyə qaz ixracını artırıb

Bizimsesimiz.info // “Qazprom” cənubi və cənub-şərqi Avropaya da ixracın artdığını bildirib.

Rusiyanın enerji şirkəti “Qazprom” Türkiyəyə qaz ixracının artdığını açıqlayıb.

Şirkətdən verilən məlumata görə, bu ilin 1 yanvar – 15 sentyabr tarixləri arasında Türkiyəyə verilən qaz ötən ilin eyni dövrülə müqayisədə 22,8 faiz artıb.

“Qazprom” cənubi və cənub-şərqi Avropaya da ixracın artdığını bildirib. Macarıstana verilən qazın 25,2, Serbiyaya 34,6, Yunanıstana 17,7, Bolqarıstana isə 10,4 faiz artdığı qeyd olunub.