Rusiya ukraynalı məmurlara qarşı sanksiya tətbiq etdi

Rusiya baş naziri Dmitri Medvedev Ukraynaya qarşı sanksiyaların tətbiqi ilə bağlı layihəni imzalayıb.

Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, sənəd hökumətin saytında dərc edilib.

Sanksiyalar siyahısına 322 fiziki və 68 hüquqi şəxsin adı daxil edilib.

Onlar arasında Ukrayna daxili işlər naziri Arsen Avakov, onun müşaviri Anton Qeraşenko, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko, Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksandr Turçinov, baş prokuror Yuri Lutsenko, biznesmenlər Viktor Pinçuk və Yuri Kosyuk, iş adamları – Aleksandr Vadaturski, Konstantin Qriqorişin və digərlərin adları daxil edilib.

Xatırladaq ki, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın anti-Rusiya sanksiyalarına qarşı cavab tədbirləri haqqında sərəncam vermişdi.

3 COMMENTS

  1. A lot of of the things you claim is astonishingly accurate and that makes me wonder why I hadn’t looked at this with this light before. This piece really did turn the light on for me as far as this particular subject matter goes. Nonetheless there is actually one particular position I am not really too comfortable with so while I attempt to reconcile that with the actual core theme of your point, let me see just what the rest of the visitors have to point out.Very well done.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir