Rusiya və Böyük Güclər, İdeologiyalar, Qarabağ Probleminin Həlli Yolu…

Bizimsesimiz.info // İyunun 12-də “Korrupsiyaya Mübarizə Fondu”nun sədri qərbyönümlü Navalnının çağırışı ilə Moskvada, eləcə də Rusiyanın bir çox bölgələrində hakimiyyət əleyhinə “Korrupsiyaya son” şüarı altında aksiyalar keçirildi.
Aksiyalarda Putin hakimiyyəti korrupsiyaya bulaşmaqda ittiham olundu. Doğrudur, yüzlərlə aksiya iştirakçıları kimi Navalnı da polis qüvvələri tərəfindən saxlanıldı. Bununla belə, keçirilən geniş izdihamlı aksiyalar Rusiyanın gələcəyi ilə bağlı hələ də dəyişiliklərin ola biləcəyinin istisna olunmadığını analitiklərin diqqətinə çatdırdı. Əlbəttə, qərb yönümlü məşhur müxalifət lideri Boris Nemtsovun sirrli ölümündən sonra demokratların liderliyini Navalnının ələ alar-almaz bu cür izdihamlı mitinq keçirməsi çox mətləblərdən xəbər verir. Rusiyanın siyasi gələcəyi baxımından məsələləri dərindən təhlil etməyə çalışacağıq.

Ukrayna narıncı inqilabı
Əgər biz Qərbin Rusiya haqqındakı planlarının nələr olduğunu bilmək istəyiriksə, əvvəlcə gərək 2004-ci ildə Ukraynada narıncı inqilab zamanı nəzərlərdən yayınmayan bəzi incə məqamları diqqətli şəkildə təhlil edərək dəyərləndirək. Məhz bu bizə Qərbin Rusiyaya qarşı gələcək planlarının bilinməsində açar rolunu oynayacaqdır. Bildiyiniz kimi Avropa İttifaqının Genişlənməsi qurumun əsas priotet xətlərindəndən biridir. Lakin bu genişlənmə, Aİ-ın müvafiq qanunvericiliyinə uyğun olaraq dövlətlərin razılığı əsasında həyata keçirilməlidir. Ancaq Ukrayna məsələsində biz bunun tamamilə əksinin şahidi olduq. Belə ki, Ukraynanın o zamankı prezidenti Viktor Yanukoviç 2003-cü ilin noyabrında Aİ ilə Ortaqlıq və Sərbəst Ticarət haqda assosiativ sazişi müvəqqəti təxirə salmasından sonra ölkənin qərb yönümlü müxalifəti Maydan hərəkatı ilə bilinən nümayişlərə başladı. Və əlbəttə bu nümayişlər sırf Qərbin sifarişi ilə həyata keçirilirdi. Daha sonra narıncı inqilab adı ilə tanınan bu plan əsasında Yanukoviç hökuməti devrildi.
ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandla ABŞ-ın Ukraynadakı səfiri Cefri Payetta arasında aparılan qalmaqallı telefon danışığının üzə çıxması və beynəlxalq aləmdə böyük rezonansa səbəb olması əslində Ukrayna müxalifətinin ABŞ-ın təlimatıyla hərəkət etdiyini ortaya qoyan ən önəmli faklardan biridir. Belə ki, bu telefon danışığında Yanukoviçin etdiyi təklifə əsasən Ukrayna müxalifətindən bir sıra önəmli şəxslərin hakimiyyədə təmsil olunmasını məhz bu iki diplomat təyin etməyə çalışırdılar. Qalmaqallı bu telefon danışığındakı diqqət cəlb edən ikinci məqam isə Nulandın Aİ-nı hadisələrə lazımi reaksiya bildirmədiyi üçün küçə söyüşü ilə söyməsi idi. Dərhal burada sual olunur : “Madam məsələ Aİ ilə bağlı bir mövzudursa, elə isə niyə ABŞ bununla bağlı Aİ-ın yerinə qərar verir?”
Hətta iş o yerə gəlib çatdı ki, Nuland bütün diplomatik sərhədləri aşaraq Ukraynaya gəlib Maydan nümayişçilərinə birbaşa dəstək verdi. Aİ ölkələrindən isə heç birisi ABŞ diplomatının onlara qarşı işlətdiyi təhqiramiz ifadələrə səsini də çıxarmadı.
Buradan anlaşılır ki, Aİ Avropa ölkələrindən daha çox ABŞ-ın sifarişi ilə yaranan siyasi və ideoloji qurumdur. Bu qurumun yaranmasında əsas məqsəd ABŞ-ı idarə edən “dərin dövlətin” Avropa dövlələrini təsiri altına salaraq onlar vasitəsilə quruma başqa dövlətləri cəlb edərək, dünyada vahid cəmiyyətin, vahid dəyərlərin və vahid dövlətin yaranmasına çalışmaqdır. Məhz, bu önəmli faktor Qərb-Rusiya münasibətlərində siyasi prossesləri düzgün qiymətləndirmək üçün açar rolunu oynayır.

Qərb-Rusiya qarşıdurmasının səbəbləri
Birinci səbəb iqtisadi faktorlardır. İş burasındadır ki, Qərbin bu günkü inkişaf səviyyəsinə çatmağında rol oynayan əsas faktorlardan biri şübhəsiz ki, Qərbin apardığı müstəmləkəçilik siyasətidir. Avropa dövlətlərinin və ABŞ-ın bu günkü yüksək rifahı dünyanın yerdə qalan ölkələrinin insanlarını və təbii sərvətlərini istismarı hesabınadır (Rusiyada müstəmləkəçilik siyasəti qonşu ölkələri işğal etməklə məhdudlaşır). Avropa bu siyasətini bu gün də davam etdirir. Belə ki, Rusiya kimi təbii sərvətlərlə zəngin dünyanın ən böyük dövləti Avropanın diqqətini çəkməyə bilməz. Rusiya ərazisinin 1/3 qədər olmayan Avropa Birliyinin əhalisi 500 milyona yaxınlaşır. (Halbuki, Rusiyada bu göstərici 150 milyondan 140 milyona düşmüşdür) Bu da öz növbəsində çoxlu təbii sərvətlər və qida üçün lazım olan əkin və otlaq sahələri tələb edir. Məhz bu baxımdan Rusiyanın Avropa İttifaqına üzv olması Avropanın aparıcı dövlətləri üçün böyük əhəmiyyət kəsb edir.

İkinci səbəb siyasi faktordur. Rusiya böyük tarixi olan imperiyadır. O tarixi işğalları sayəsində bu günkü əraziyə malik olmuşdur. Daim qonşu ölkələr üçün təhdid edici ünsür olmuşdur. Bu baxımdan Avropa həm də Rusiyaya özünümüdafiə refleksi ilə soyuq münasibət bəsləyir.

Üçüncü səbəb siyasi-iqtisadi faktordur. Qərb bu gün enerji baxımından Rusiyadan aslı vəziyyətdədir. Avropanın qaza olan tələbatının 1/3-ni Rusiya ödəyir. Bu da Rusiyaya öz enerji daşıyıcılarını Avropa üzərində vaxtaşırı iqtisadi təzyiq vasitəsinə çevirməyə imkan verir. Belə ki, Rusiya gah dəfələrlə soyuq qış aylarında Avropanı qazsız qoyur, gah da qazın qiymətini qaldıraraq Avropa Birliyini Rusiyaya siyasi güzəştlərə getməyə vadar edir. Hər nə qədər Avropa Birliyi enerji xəttlərinin diversifikasiyasına çalışsa da, hazırki vəziyyət hələ ki Rusiyanın xeyrinədir.

Dördüncü səbəb, yuxarıda qeyd ediyimiz kimi, dünyadakı “dərin dövlət”in vahid liberal dəyərləri, vahid cəmiyyəti olan bir dövlət qurmaq istəyidir.

(Elə zənn edilməsin ki, Avropa İttifaqının fəaliyyəti Avropa və Asiya ilə məhdudlaşır. Xeyir! Avropa İttifaqı Afrika ölkələrini də, o cümlədən Tunisi və Misiri birgə layihələrə cəlb edə bilmək üçün 2008-ci ildə Barselonada Aralıq dənizi İttifaqı təsis etdi. Qısacası, dünyanın “dərin dövləti” bütün planeti ağuşuna alacaq böyük bir planı hissə-hissə həyata keçirməkdədirlər).

Bax, bu məqamda əsas vacib məsələyə gəlmiş oluruq. Rusiyanın vahid dövlətin (yəni Avropa İttifaqının) tərkibinə daxil ola bilməsi üçün 3 əsas şərtdən ikisi artıq hazırdır : Aİ ilə müştərək bölüşdüyü vahid liberal dəyərlər və vahid liberal cəmiyyət.

(Sözlərimizin təsdiqi kimi bunu qeyd edirik ki,Türkiyə prezidenti R.T.Ərdoğan İstanbulda təşkil olunan Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) Baş İdarəsi Toplantısı’nda üzünü salondakılara tutub gülərək dedi:
“-Bunların bizi Aİ-na daxil etməmələrinin səbəbi iqtisadi məsələlər deyildir. Tamam başqa məsələlərdir. Onların özlərinə dedim. Onlar qəbul etdilər. Burada deməyim uyğun deyildir. Bu tamamilə bizim inancımızla bağlı məsələdir”.
Buradan anlaşılır ki, Qərb Türkiyəni quruma qəbul etmək üçün Türkiyəyə islami dəyərlərdən liberal və sekulyar dəyərlərə keçməyi şərt qoyurbdur. Və bunun göstəricisi kimi də Türkiyə hökuməti və cəmiyyətindən homoseksualizmə dəstək məsələsində müsbət addım gözləyirlər).

Həqiqətən də SSRİ zamanında ateizmin güclü təbliğatıyla xristianlıqdan uzaqlaşmış və Qərblilərə bənzəmək eşqi ilə döyünən (eyni ilə XVIII-XX əsrlərdə olduğu kimi) hazırki Rusiya cəmiyyəti sürətlə liberallaşıbdır. Və etalon olaraq özünə xristian dəyərlərini deyil, liberal dəyərləri seçibdir. Qalır üçüncü şərt. Rusiyanın vahid dövlətin, yəni Aİ-ın tərkibinə daxil edilməsi. Əlbəttə ki, Rusiya kimi bir nəhəng dövlət Aİ kimi özündən kiçik bir qurumun tərkibində bütöv olaraq təmsil oluna bilməz. Deməli, Rusiya mütləq parçalanmalıdır. Putin bunu çox gözəl anlayır və böyük imperiya qurmuş millətin nümayəndəsi kimi bu biyabırçılığı heç cür Rusiyanın şərəfinə yedirə bilməz. O başa düşür ki, nə qədər ki, Rusiya cəmiyyəti Avropa və onun dəyərləri (əgər bu əxlaqsızlığa dəyər demək mümkünsə) ilə nəfəs alıb-verirsə, Nemtsovlar, Navalnılar tükənməyəcəkdir. Çünki, bu problemin kökü müxalifətdə deyildir. Bu problemin kökü Qərb tərəfindən yetişdirilən Rusiya cəmiyyətindədir. Məhz, bu prizmadan məsələlərə yanaşdığımız zaman müxalifətin liderliyini yenicə ələ keçirmiş Navalnının niyə bu qədər asanlıqla müvəffəq olduğunu daha yaxşı anlamış oluruq.

Bu dövrdə ən güclü silah ideologiyadır
Müasir dövrdə hər bir imperiyanın öz ideoloji silahı vardır. Bu gün ABŞ və müttəfiqləri olan Avropa dövlətlərinin əsas silahı liberalizm və onun tərkib hissəsi olan demokratiya və insan haqlarıdır. Rusiya imperiyasına gəlincə, onun çarizm dövründə əsas silahı Yer üzü provoslavlarının və xristianların hamiliyi olmuşdur. Bu baxımdan, Rusiya tarixən Avropadakı provoslav xalqların və millətlərin pərəstiş etdiyi imperiya olubdur. İslam coğrafiyasında isə bütün xristianların hamisi funksiyasını yerinə yetiribdir. Qafqazda və Anadoluda Osmanlıya və İrana qarşı müharibələrdə ermənilərin xristian xilaskarı Rusiya uğrunda canlarından keçməsi dediklərimizə dəlil təşkil etməkdədir.
Sovet dövründə Rusiyanın ideoloji silahı isə kommunizm oldu. Bu silah uzaq Kubada komunizm idealları ilə Rusiyaya bağlanan bir nəsil yetişdirdiyi kimi, dindar müsəlman ölkəsi olan Yəməndə belə YXDR (Yəmən Xalq Demokratik Respublikası) yaradılması ilə nəticələnəcək bir kirli oyuna da imza atdı. ABŞ kimi əsas kapitalist rəqibi bir ölkədə əgər Amerika Kommunist Partiyası yaradılırsa, qalan dövlətləri siz düşünün.

Dişsiz qalan Rusiya
Sovet dövləti ilə birlikdə kommunist rejimi yıxıldıqdan sonra Rusiya ideoloji baxımdan dişsiz canavara bənzədi. Rusiya dövlətinin və getdikcə daha çox liberallaşan Rusiya cəmiyyətinin tarixin sınağından çıxa bilməyən kommunizmə geri dönməsi mümkün deyildir. 70 il ərzində beyinlərdən və qəlblərdən dinləri silib-süpürən ateizm, az öncə qeyd etdiyimiz kimi, liberallaşmış Rusiya cəmiyyətinin xristianlığa dönüşünü də imkansız edir.
Belə olduğu halda, Qərbin Rusiyaya qarşı mübarizəsində üstünlüyü ələ keçirməsi qaçılmazdır. Bu bir həqiqətdir ki, Qərb qloballaşma oyununu ortaya ataraq, həm dünyanı, həm də Rusiya cəmiyyətini sürətlə liberallaşdırdı. Bu isə öz növbəsində Rusiyanı artıq ideoloji baxımdan Avropadan aslı vəziyyətə saldı və Avropa ilə mübarizədə Qərbin qaydalarına görə oynamaq məcburiyyətinə düşdü.
Rusiyanın yeni ideoloji silahı
Rusiyanın yeganə ümidi əhalisininin 30 %-nin daşıdığı inancı – islamı öz ideoloji silahına çevirməkdir. Onsuz da rusların tarixi kökü slavyanlarla yanaşı müsəlman tatarlara da gedib çıxır. (Bu ona görədir ki, ola bilsin tatar xanları ilə slavyan knyazları arasında qohumluq əlaqələri olubdur. Ən doğrusunu Allah bilir).
Statistik gösəricilər də müsəlmanların lehinədir. Məsələn, Rusiyanın bütün əhalisinin sayı hər il 700 min nəfər azalmasına rəğmən, bu ölkədəki müsəlmanların sayı isə 4 % artır. 11 milyonluq Moskvada 3 milyon müsəlman yaşayır.
Avropadan fərqli olaraq Rusiya hakimiyyətinin müsəlmanların saylarının artmasından narahat olmaması bunu deməyə əsas verir ki, İslam dini yaxın zamanda Rusiyanın əsas ideoloji silahına çevriləcəkdir. Deyərdik ki, Rusiya indidən hətta bunun ilk hazırlıqlarına başlayıbdır. Nümunə olaraq təkcə bunu demək kifayət edir ki, Rusiya İslam Əməkdaşlıq Təşkilatına üzv olmağa çox yaxındır və bunun üçün son protokol tamamlamaları həyata keçirilir. Əgər nəzərə alsaq ki, bu təşkilatda yalnız müsəlman dövlətləri təmsil olunur, onda buradan Rusiyanın gələcək strategiyası ilə bağlı hansı xətti seçəcəyini təsəvvür etmək heç də çətin deyildir.

Qarabağ münaqişəsi
Sual oluna bilər: “Madam Rusiya siyasi xəttini İslamdan yana dəyişirsə, bəs niyə haqsız Ermənisana Azərbaycana qarşı dəstək verir?” Burada gətiriləcək səbəblər çoxdur. Bir neçəsini qeyd etməklə kifayətlənəcəyik. Birincisi, Rusiyanın yeni ideoloji-siyasi kursu hələ tam “dövriyəyə” buraxılmayıbdır. Bunu yubadan bir çox səbəblər vardır. İkincisi, Putin gözəl anlayır ki, Azərbaycan Qarabağ problemindən azad olduğu gündən etibarən sürətlə Aİ-na inteqrasiya edəcəkdir. Və bir müddət sonra da Aİ-ın tam hüquqlu üzvü olacaqdır. Gəlin razılaşaq ki, Rusiyanın yerində kim olur-olsun belə bir vəziyyətlə üzləşmək istəməz.

Qarabağ münaqişəsinin həlli yolu
Elə isə, realist olaq və özümüzü aldatmayaq. Hazırki siyasi situasiya Qarabağ probleminin Azərbaycanın xeyrinə bir dəfəlik həlli üçün əlverişli deyildir. Ən azı ona görə ki, Rusiyanın Azərbaycana edəcəyi “yaxşılıq” yuxarıda qeyd etdiyimiz səbəbdən dolayı Rusiyanın özünə ziyan olacaqdır. Bu məsələnin yeganə həlli yolu “Paralel İnteqrasiya”dır. Bu nə deməkdir? Yəni ki, bir tərəfdən Azərbaycan İslam dünyasına inteqrasiyanı dərinləşdirməlidir. (Yeri gəlmişkən, Avropa İttifaqı Qarabağ münaqişəsinə görə Azərbaycana ikili standartlarla yanaşdıqları halda, müsəlman ölkələri Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyirlər). Digər tərəfdən Rusiya da İslam dünyasına inteqrasiyanı sürətləndirməlidir. Hər iki prossesin sürətindən və keyfiyyətindən aslı olaraq yolun sonunda Rusiya Azərbaycanın qəsb etdiyi haqqını ona geri qaytaracaqdır.

Son olaraq Rusiya haqda bunu demək istəyirik. Rusiya hakimiyyəti “dərin dünya dövləti”nin bütün ölkələri və ideologiyaları məğlub etdiyi halda, İslamla və müsəlmanlarla bacara bilmədiyini görür, müşahidə edir. Gündən-günə güclənən İslamdan və müsəlmanlardan “dərin dövlət”in çəkindiyini və qorxduğunu anladığı üçün bu fürsəti əlindən qaçırmayacaqdır.

Taleh Hüseynli

(Doğru Yol Partiyası Qurultaya Hazırlıq üzrə təşkilat komitəsinin üzvü)
.

e-mail : [email protected]

10 COMMENTS

  1. Have you ever thought about adding a little bit more than just your articles? I mean, what you say is fundamental and all. However imagine if you added some great visuals or videos to give your posts more, “pop”! Your content is excellent but with images and videos, this site could certainly be one of the very best in its field. Awesome blog!

  2. Thanks for the sensible critique. Me & my neighbor were just preparing to do some research on this. We got a grab a book from our local library but I think I learned more from this post. I’m very glad to see such wonderful info being shared freely out there.

  3. What’s Happening i am new to this, I stumbled upon this I have found It absolutely useful and it has helped me out loads. I hope to contribute & help other users like its aided me. Good job.

  4. Hi there, just become alert to your blog thru Google, and found that it’s really informative. I am going to be careful for brussels. I will be grateful for those who continue this in future. Lots of other folks will probably be benefited from your writing. Cheers!

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir