Rusiya və Gürcüstan “Gömrük idarəetməsi və ticarətdə monitorinqin mexanizmləri haqda” 2011-ci ildə imzalanmış müqavilənin əsas prosedurlarını yekunlaşdırıb.

Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, müqavilə Abxaziya və Cənubi Osetiya ərazisində yeni sərhəd-keçid məntəqələri yaratmağa imkan verir. Həmin məntəqələrdə gömrük nəzarətini İsveçrənin SGS şirkəti həyata keçirəcək.

 

“Çox vaxt lazım oldu. Bu, proyektin qeyri-adiliyi ilə bağlı idi. Sazişin presedenti yoxdur”-deyə Gürcüstanın baş nazirinin Rusiya ilə danışıqlardakı xüsusi nümayəndəsi Zurab Abaşidze açıqlama verib.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə yaxın 2-3 ildə layihənin icrasına başlanılacağını deyib.

Layihənin icrası Ermənistana Gürcüstan ərazisindən Rusiyaya məhsul satışını artırmağa və faktiki olaraq onun nəqliyyat blokadasından çıxmasına yol açacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here