Rusiya və İran prezidentləri arasında telefon danışığı olub
Bizimsesimiz.info // Rusiya və İran prezidentləri Vladimir Putin ilə Həsən Ruhani arasında Rusiya tərəfinin təşəbbüsü ilə telefon danışığı keçirilib.
SalamNews-un xəbərinə görə, bu barədə Kremlin mətbuat ofisi məlumat yayıb.
V.Putin növbəti dəfə İran prezidenti seçilmiş H.Ruhanini təbrik edib və ölkə başçısı postunda ona uğurlar arzulayıb.
“Telefon söhbətində neft-qaz, enerji və nəqliyyat sahələrindəki birgə layihələrin həyata keçirilməsi də daxil olmaqla ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, həmçinin gündəmdə olan beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.”, – məlumatda bildirilir.