Rusiyada bu ilin doqquz ayında 5010 nəfər təsadüfi alkoqol zəhərlənməsindən ölüb. Bu cür statistika 2018-ci ilin doqquz ayı üzrə məlumatları 11,9% üstələyir. 100 min nəfər üçün bu rəqəm 4.6 nəfərdir.
Qaynarinfo kp.ru-ya istinadla xəbər verir ki, Rusiyada alkoqoldan zəhərlənmədən ölüm halı da 15,9% artıb. “İnterfaks” agentliyi Milli Alkoqol Siyasəti İnkişaf Mərkəzinin məlumatlarına istinadən 2019-cu ildə bu sayın 1433 nəfər olduğunu bildirib.
Qeyd edək ki, təkcə Moskvada doqquz ayda 77 nəfər alkoqol zəhərlənməsindən dünyasını dəyişib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here