Rusiyanın Kemerovo şəhərində yerləşən “Zimnaya vişnya” ticarət-əyləncə mərkəzində (“Qış albalısı”) güclü yanğın baş verib.

Bizimsesimiz.info  TASS-a istinadən xəbər verir ki, faciə nəticəsində ölənlərin sayı 48-ə çatıb, onlarla şəxs isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Təqribən 70 nəfər itkin düşmüş hesab olunur.
Yanğın mühafizəsinə dördmərtəbəli ticarət mərkəzində tüstülənmə barədə məlumat bazar günü günorta saatlarında daxil olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının ocağı ticarət mərkəzinin yuxarı mərtəbəsində olub.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.


BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here