Rusiyada İdil bulqarlarının (Volqa bulqarları) İslam dinini qəbul etməsinin 2022-ci ildə 1100-cü ildönümü olacaq. Bizimsesimiz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidenti bu bayram münasibəti ilə tədbirlərin keçirilməsini tapşırıq verib.

“Rusiya hökumətinə və Tatarıstan Respublikasının Nazirlər Kabinetinə bu məsələdə marağı olan dini təşkilatların iştirakı ilə Volqa Bulqarlarının İslam dinini qəbul etməsinin 1100-cü ildönümünə dair birgə təkliflər hazırlamaq tapşırılıb”, məlumatda bildirilib.

Qeyd edək ki, İdil bulqar türkləri 922-ci ildə İslamı qəbul ediblər. İdil Bulqar dövləti Volqaboyu ərazidə yerləşib. Ərəb xilafəti və Bizansla ticarət əlaqəsi saxlayıb. 919-cu ildə dövlət başçısı Bağdada İslamı qəbul etmək istədikləri barədə səfir göndərir. 922-ci ildə Xan Almuş İslamı İdil Bulqarın dövlət dini elan edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here