Rusiyada təyyarə qəzası baş verib: ölənlər var

Bizimsesimiz.info // Rusiyanın Stavropol diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “TASS” fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Qəzaya uğrayan təyyarənin yandığı bildirilir.

Təyyarənin xüsusi şirkətə məxsus olduğu ehtimal edilir. Hadisə yerinə təhqiqat qrupu cəlb edilib.

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir