Bizimsesimiz.info   // Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura ilə görüşdən sonra mətbuat konfransı keçirib.

Sergey Lavrov mətbuat konfransı zamanı Sankt-Peterburqdakı ABŞ Baş Konsulluğunun fəaliyyəti ilə bağlı açıqlama verib.

O, vurğulayıb ki, Rusiya ABŞ Baş Konsulluğunun fəaliyyətini dayandıracaq.

Bunan səbəb casus qalmaqalı ilə bağlı ABŞ-ın atdığı diplomatik addımlardır.

Nazir Suriyadakı kürdlər ilə bağlı da danışıb.

“Suriya münaqişəsi kürdlərsiz həll oluna bilməz. Suriyalı kürdlər ilə əlaqələrimiz, İraqda, İranda və Türkiyədə yaşayan kürdlər ilə olduğu kimidir”, deyə Sergey Lavrov qey edib. // Sputniknews

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here