Bizimsesimiz.info // Xarici investorlar son dörd ay ərzində Rusiya fondlarındakı səhmlərindən 1,6 milyard dollar geri çəkiblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Qəzet Rusiya birjalarından çıxarılan bu məbləğin son 3 il yarımda maksimum göstərici olduğunu bildirib. Təkcə son həftə ərzində Rusiya fondlarından 83 milyon dollar götürülüb. Kapital axınının artmasına səbəb kimi ABŞ-la Rusiya arasında gözlənilən yaxınlaşmanın gerçəkləşməməsi və neft qiymətlərinin düşməsi göstərilib.

Rusiyanın aktivlərinə investisiyaların azalması digər inkişafda olan ölkələrə yatırımların artmasına səbəb olub. Keçən həftə ərzində inkişafda olan bazarlar 1,9 milyard cəlb ediblər, dörd ay ərzində isə bu göstərici 28 milyard dollar təşkil edib.

Rusiyanı kapital axını sahəsində yalnız Çin qabaqlaya bilib. Belə ki, sözügedən müddət ərzində Çin fondlarından kapital axını 4 milyard dollar olub.

Qeyd edək ki, Rusiya fondlarından sonuncu dəfə belə investisiya axını 2013-cü ildə qeydə alınıb. O zaman yeddi ay ərzində Rusiya aktivlərindən 2,47 milyard dollar götürülmüşdü.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here