Rusiyalı general Suriyadakı uğursuzluğun səbəbini göstərdi
Bizimsesimiz.info // “ABŞ Suriyada terrorçu qruplara dəstək verir. Bu, ölkədə terrorçuların yox edilməsinə böyük maneə törədir”.
Teleqraf.com xəbər verir ki, bu aşıqlama ilə Rusiya Müdadfiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, ABŞ Suriyada İŞİD-ə qarşı mübarizə bəhanəsilə PYD terror təşkilatına dəstək verir: “Əsədin qüvvələrinə qarşı hücumların əksəriyyəti Amerika hərbi birliklərinin nəzarətində olan bölgələrdən gəlir. Burada bir bağlantı var. Hücumlar Suriya-İordaniya sərhədindəki Tanf şəhərindən təşkil olunur. Həmin şəhər ABŞ-ın nəzarətindədir”.
İqor Konaşenkov qeyd edib ki, İŞİD silahlıları adi avtomobillərlə Suriya ordusunun gizli postlarından asanlıqla yan keçirdilər. İŞİD-ə koordinatları yalnız kosmik nəzarəti həyata keçirən orqanlar və ya hərbi taktikanın hazırlanmasında iştirak edən mütəxəssislər verə bilərdilər.