Rusiyalıların 42%-i özünü pravoslav, 30%-i isə müsəlman hesab edir

Bizimsesimiz.info // Rusiyalıların 42%-i özünü pravoslav xristian hesab edir. İslam.az Rusiya KİV-ə istinadla xəbər verir ki, belə bir qənaətə gəlməyə “Zoom Market” marketinq agentliyinin keçirdiyi sosioloji sorğunun nəticələri əsas verir. Rusiyanın ikincə böyük dini qrupunu isə müsəlmanlar təşkil edir – 30%. Ateistlər üçüncü yerdədirlər – 18%.

Rusiyada ən az populyarlığa malik dinlər isə katoliklik (2%), protestantlıq (2%), buddizm, yəhudilik, yunan katolikliyi və slavyan bütpərəstliyidir (hərəsi 1%).

Sorğu iştirakçılarının 73%-i bildiriblər ki, məktəblərdə şagirdlərin və müəllimlərin dini mənsubiyyətlərini bildirən paltarların geyinilməsinə qarşıdırlar. Respondentlərin 33%-i isə dini mənsubiyyətə əsasən partiyanın qeydiyyata alınacağı təqdirdə ona səs verməyə hazır olduqlarını söyləyiblər.